Xəzər Xəbər

16 yaşlı oğlan Kürdə batıb

Veb TV | 10:03 • 19 İyun 2018
16 yaşlı oğlan Kürdə batıb

Yevlaxda bir nəfər çayda batıb.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 18 iyun 2018-ci il tarixində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun batması barədə məlumat daxil olub.


Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar