Xəzər Xəbər

Sirkdən qaçan filin ŞƏHƏR GƏZİNTİSİ - VİDEO

Veb TV | 13:09 • 8 İyun 2018
Sirkdən qaçan filin

Çərşənbə günü Almaniyada yaşlı Afrika fili günün günorta çağı sirkdən qaçaraq bir müddət şəhərdə sərbəst şəkildə gəzib.

"Spiegel" xəbər verir ki, hadisə 65 min əhalisi olan Noyvid şəhərində (Reynland-Pfalts federal torpağı) baş verib.

Məlumata görə, sirkdə filin qaçmasından dərhal xəbər tutmayıblar. "Keniya" ləqəbli heyvan tutulana qədər şəhərdə 1 kilometr hərəkət edib. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Heç kim zərər çəkməyib./publika.az

Xəbər lenti