Xəzər Xəbər

Putin benzinin qiymətinin artırılmasını pisləyib VİDEO

Veb TV | 15:02 • 7 İyun 2018
Putin benzinin qiymətinin artırılmasını pisləyib
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, ölkədə benzinin qiymətinin artırılması yolverilməzdir. Bu barədə o, ənənəvi canlı yayımda çıxışı zamanı danışıb.

"Hazırda baş verənlər yolverilməzdir, bu, düzgün deyil. Amma etiraf etmək lazımdır ki, bu, yanlış nəticədir, yumşaq desək energetika sahəsində yalnış tənzimləmədir",-deyə Putin əlavə edib.

Onun sözlərinə görə, hökumət büdcənin doldurulması üzrə bəzi vergi tədbirlərin yenidən nəzərdən keçirib və xam neftin ixracını stimullaşdırmağa çıxarılmasına səbəb olan iş manevri edib.

Putin qeyd edib ki, Nazirlər Kabineti vəziyyətin tənzimlənməsi üzrə artıq bir sıra qərarlar verib və qiymətlərin sabitləşdirilməsi üzrə əlavə tədbirlər isə cari ilin payızına qədər qəbul edilməlidir./faktxəbər


Xəbər lenti