Xəzər Xəbər

Bakıda evə oğurluğa girən şəxs tutulub - VİDEO

Veb TV | 18:01 • 6 İyun 2018
Bakıda evə oğurluğa girən şəxs tutulub -

Bakıda mənzilə oğurluğa girən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Gecə saatlarında paytaxt sakini Asəf Nuruşov ''Montin'' qəsəbəsində küçədə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədi ilə daxil olduğunu bildirib və polislərdən kömək istəyib. Polislər dərhal oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayaraq Nərimanov rayon 18-ci polis şöbəsinə təhvil veriblər. Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Seyfəddin oğlu Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkar olunub. Saxlanılan şəxs ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədi ilə mənzilə daxil olduğunu etiraf edib. Qeyd edilən faktla bağlı başlanan araşdırmalar və müvafiq istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti