Xəzər Xəbər

Sərhədi qanunsuz keçmək istəyərkən yaxalandı - VİDEO

Veb TV | 19:14 • 6 İyun 2018
Sərhədi qanunsuz keçmək istəyərkən yaxalandı -

Ölkədən çıxışına qadağa qoyulmuş Ramın Hacılı sərhədi qanunsuz keçmək istəyərkən tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı - 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

İlkin arasdirma zamanı Ramin Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, Fəxrəddin Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

Ramin Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmaq niyyətində olduğunu bildirib. Saxlanılmış səxslər barəsində Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti