Xəzər Xəbər

XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edib VİDEO

Veb TV | 20:56 • 27 May 2018
XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edib

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Fransa yeni variantları nəzərdən keçirir. Bunu Bakıda səfərdə olan Fransanın xarici işlər naziri deyib. Azərbaycanla Fransa arasında birgə komissiyanın yaradılması da gündəmdədir.

Ermənistanın Dağlıq Qarabağda qondarma rejiminin rəhbərinin Avropa İttifaqı ölkələrinə səfər etməsinin qarşısının alınmalıdır. Bunu fransalı həmkarı ilə Bakıda görüşən xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in həmsədr ölkəsi kimi Fransanın önəmli rola sahib olduğuna diqqət çəkib.

Elmar Məmmədyarov Fransa və Azərbaycanın biznes strukturlarının da yaxından əməkdaşlıq etdiyini və bu əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu deyib.

Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drian isə öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin həll yolu üçün variantlar axtarışında olduğunu bildirib. Nazir iki ölkə əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Fransalı nazir bu ölkənin prezidenti Emmanuel Makronun ilin sonuna doğru Azərbaycana səfərə gələcəyini də deyib.

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti