Xəzər Xəbər

Qadın 2 azyaşlı qızını amansızcasına öldürdü DƏHŞƏT - VİDEO

Veb TV | 13:50 • 23 May 2018
Qadın 2 azyaşlı qızını amansızcasına öldürdü

Ana 8 və 5 yaşlı qızlarını yaşadığı evdə əvvəlcə öldürüb, daha sonra cansız bədənlərini bıçaqla deşik-deşik edib.

Hadisə Türkiyənin Ankara şəhərində baş verib. Ev xanımı olan Lütfiyə Alverin psixoloji vəziyyətinin normal olmadığı irəli sürülür. O, gözlənilmədən mətbəx bıçağı ilə 8 yaşlı qızı Kübranı bıçaqlayaraq qətlə yetirib. Hadisənin şokundan evdə olan digər qızı, 5 yaşlı Bereni isə boğaraq öldürüb.

Qadın uşaqların öldüyündən əmin olduqdan sonra böyük qardaşına zəng edərək qızlarını öldürdüyünü, cəsədin başında polisləri gözlədiyini deyib.

Hadisə yerinə gələn polis dəstələri qorxunc mənzərə ilə qarşılaşıb. Uşaqlarının cəsədləri yanında dayanan qadın könüllü şəkildə polisə təslim olub.

Cinayətlə bağlı uşaqların atasına polis xəbər verib. Cinayət yerinə gələn ata göz yaşlarına hakim ola bilməyib.

Faktla bağlı istintaq başlayıb./publika.az

Xəbər lenti

Çox oxunanlar