Xəzər Xəbər

Doneskdə avtobusda partlayış olub: Ölən və yaralananlar uşaqlardır-VİDEO (18+)

Veb TV | 10:13 • 23 May 2018
Doneskdə avtobusda partlayış olub:

Doneskdə sərnişin avtobus partlayıb. Partlayıcı qurğu avtobusun içində olub.

Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bildirilir ki, zərərçəkənlər ciddi qəlpə yaraları alıblar.

Sosial şəbəkələrdə yayılan məlumata görə, zərərçəkənlərin hamısı uşaqdır. Bildirilir ki, onların birinin arxa rükzakında qumbara olub və o partlayıb. Nəticədə 14 yaşlı uşaq ölüb, 14 və 15 yaşlarında olan iki oğlan, həmçinin 16 yaşında bir qız yaralanıb. Uşaqlar məktəbdən evə qayıdırmışlar.

Hadisə ilə əlaqədar istintaqa başlanılıb./faktxəbər


Xəbər lenti