Xəzər Xəbər

Azərbaycanda 4 uşaq xəstəxanalıq oldu VİDEO

Veb TV | 20:48 • 18 May 2018
Azərbaycanda 4 uşaq xəstəxanalıq oldu

Lənkəran və Masallıdan olan 4 azyaşlı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Müayinələr zamanı onların paxladan zəhərləndiyi məlum olub. Həkimlər isə valideynərə məsləhət görürlər ki, uşaqlara paxla verməsinlər.

4 azyaşlı paxladan zəhərlənib.

Masallı sakini, 6 yaşlı Mustafa Əliyev, Lənkəran sakini, 6 yaşlı Əli Axundov, rayonun Yuxarı Nüvədi kənd sakini, 6 yaşlı Zeynəb Əlizadə və Separadi kənd sakini, 3 yaşlı Cəfərsadiq Məmmədovun vəziyyəti pisləşib. Lənkəran Rayon Mərkəzi Xstəxanasına yerləşdirilən uşaqların müayinəsi zamanı onlara Favizm- qanın parçalanması diaqnozu qoyulub. Azyaşlıların paxladan zəhərləndiyi məlum olub.

Azyaşlılara lazımi tibbi yardım göstərilib və qan köçürülüb.Vəziyyətləri orta-ağır olaraq qalır..Bir neçə gün əvvəl də iki uşaq eyni vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının gətirilib. Onlardan biri müalicə olunduqdan sonra evə buraxılsa da, digəri ağır vəziyyətdə Bakıya göndərilib. Bu səbəbdən də həkimlər valideynləri diqqətli olmağa çağırır.

Həkimlər favizm xəstəliyi olan böyük insanlara da paxladan istifadə etməməyi məsləhət görürülər.

Xəbər lenti