Xəzər Xəbər

4 uşaq anasının başını kəsdi, polisə könüllü təslim oldu VİDEO

Veb TV | 15:58 • 18 May 2018
4 uşaq anasının başını kəsdi, polisə könüllü təslim oldu

4 uşaq anası səhər saatlarında sevgilisi tərəfində amansızca qətlə yetirib.

Hadisə Türkiyənin Kastamonu adlanan ərazisində baş verib. İlkin məlumatlara görə, 38 yaşlı Pınar Çelik adlı qadını birlikdə yaşadığı Gencay G. adlı şəxs qətlə yetirib. Qadının başının kəsildiyi deyilib.

Hadisə orucluğun ilk günü imsak saatlarında baş verib. Cinayətdən sonra qadının öldüyünə əmin olan şəxs polisə xəbər verərək könüllü şəkildə təslim olub.

Polisə ifadə verən şəxs qətli hansı səbəbdən törətdiyi barədə heç nə deməyib.

Xəbər lenti