Xəzər Xəbər

Sumqayıtda ağır qəza: Polis əməkdaşı yanıb öldü - VİDEO

Veb TV | 20:48 • 15 May 2018
Sumqayıtda ağır qəza:

Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib. 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Siyəzəndə də qəza olub. 1 nəfər ölüb.

Sürət və ehtiyatsızlıq qəzaya səbəb olub. Hadisədə 1 nəfər ölüb.

Qəza Bakı-Quba- avtomobil yolunun 34-cü km-də Sumqayıt ərazisindəbaş verib.Xızı rayon sakini, 27 yaşlıXəyyam Bəkirzadənin idarə etdiyiavtomobillə əks istiqamətdə gələn digər minik maşınıtoqquşub. Bundan sonraavtomobildən birialışaraq yanmağa başlayıb. Sürücü Xəyyam Bəkirzadə ətrafdakıların köməkliyi ilə yanan avtomobildən çıxarılsa da, onun artıq öldüyü məlum olub.Digərsürücüsü və bir qadın sərnişin isə xəsarətlə Sumqayıt xəstəxanasına çatdırılıb.Polis əməkdaşlarının verdiyi məlumata görə, dünyasını dəyişən Xəyyam Bəkirzadə Xızı Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub.

Siyəzən rayonu ərazisində də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.minik avtomobili iləyük maşını toqquşub. nəticədə minik avtomobilində olan bir nəfər ölüb, digəri isə xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar