Xəzər Xəbər

Yakutiyada BUZ DAŞQINI: 200 ev yararsız vəziyyətə düşüb - VİDEO

Veb TV | 12:08 • 11 May 2018
Yakutiyada BUZ DAŞQINI:

Yakutiyanın Amqinsky rayonunda daşqınlar nəticəsində 200-yə yaxın yaşayış evi su basıb, 700-dən artıq sakin evakuasiya olunmaq məcburiyyətində qalıb. Amqinsk rayonunda fövqəladə vəziyyət elan olunub. Zərər o qədər böyükdür ki,regionda nəzərdə tutulan Saxa Respublikası xalqlarının İdman Oyunlarının keçirilməsi belə sual altına düşüb. Müsabiqənin avqust ayında keçirilməsi nəzərdə tutulurdu, ancaq, həmin vaxta qədər infrastrukturun bərpa oluna biləcəyi şübhə altındadır.

Bildirilir ki, buz axını nəticəsində Amqa çayı birdən-birə daşıb.

Sel basmış kəndlərin sakinləri dizenteriya və A hepatitinə qarşı vaksinasiya aparırlar. Ərzaqlar helikopterlərlə çatdırılır./faktxəbər

Xəbər lenti