Xəzər Xəbər

Sumqayıtda sahibsiz itlər çoxalıb - Sakinlər üçün təhlükə var - VİDEO

Veb TV | 20:14 • 26 Aprel 2018
Sumqayıtda sahibsiz itlər çoxalıb -

Son vaxtlar Sumqayıtda sahibsiz itlər çoxalıb. Hətta vəziyyət o yerə çatıb ki, işə tələsən sakinlər və məktəbə gedən şagirdlər kütləvi itlərin hücumuna məruz qalır.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhər təcili tibbi yardım stansiyasından bildirilib ki, son bir həftə ərzində 10 it dişləmə halı ilə baglı müraciət daxil olub. Onlara quduzluq əleyhinə peyvəndlər vurulub və nəzarətə götürülüb.

İt dişləmə hallarının artmasından sonra şəhərdə sakinlər, xüsusən də azyaşlılar üçün təhlükə yaradan küçə itləri ilə bağlı tədbirlər görülür. Sumqayıt şəhər Təmizlik Departamentinin əməkdaşları itləri xüsusi torlar vasitəsi ilə tutaraq şəhər mərkəzindən təxminən 15 km məsafədə yerləşən məişət tullantıları poliqonuna aparırlar. 10 gün ərzində 100 dən artıq it tutulub.

Departament direktorunun sözlərinə görə heyvanlar üçün sıgınacaq olmadığına görə itlər poliqona daşınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti