Xəzər Xəbər

Torpaq bazarında canlanma yaranıb - VİDEO

Veb TV | 20:42 • 24 Aprel 2018
Torpaq bazarında canlanma yaranıb -

Torpaq bazarında canlanma müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, bir müddətdir ki, durğunluq yaşanan torpaq bazarında yenidən canlanma var. Bu aktivlik 5 faiz civarındadır. Canlanma əsasən Bakıətrafı ərazilərdə, fərdi yaşayış evlərinin tikintisi üçün əlverişli olan yerlərdə özünü göstərir.

Əmlak eksperti Ramil Osmanlının fikrincə, torpaq bazarındakı bu canlanma mövsümi xarakter daşıyır.

Ramil Osmanlı deyir ki, aktivlik nisbi olduğuna görə qiymətlərə təsir göstərmir. Yəni, qiymətlər əvvəlki səviyyədə qalıb. Torpaq bazarındakı bu aktivliyin iyul ayına qədər davam edəcəyi gözlənilir. Qiymət artımının olub-olmayacağı isə qarşıdakı aylarda torpağa olan tələbatdan asılıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti