Xəzər Xəbər

Şəhid ailələrinə 11 min manat pul veriləcək VİDEO

Veb TV | 20:55 • 19 Aprel 2018
Şəhid ailələrinə 11 min manat pul veriləcək

Azərbaycan dövləti hər bir vətəndaşın ,imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet hesab edir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən hərbi əməliyyatlar zamanı həlak olan şəxslərin ailələrinə 11 min manat məbləğındə birdəfəlık ödəniş ediləcək. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrini icra edən Səlim Müslümovun sözlərinə görə vətəndaşlar artıq bu gündən başlayaraq sənədlərini toplaya bilərlər.

"Prezident İlham Əliyevin fərmanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır"

Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrinin icra edən Səlim Müslümov hərbı qulluqçu kımı şəhıd olanların sayını açıqlayıb..

Təxmini hesablamaya görə, fərmanın icrası üçün 95-100 milyon manat vəsait tələb olunacaq. Səlim Müslümov bildirib ki, fərmanın icrası 1-2 il davam edə bilər.

Vətəndaşlar artıq bu gündən başlayaraq sənədlərini toplaya bilərlər.

Qeyd edək ki,bu prezident İlham Əliyevin andiçmə mərəsimindən və səlahiyətlərini icra etməyə başladıqdan sonra imzaladağı ilk qanunvericilik aktıdır.

Xəbər lenti