Xəzər Xəbər

Şamaxıda sürüşmə: Yol ikiyə bölündü - VİDEO

Veb TV | 20:57 • 19 Aprel 2018
Şamaxıda sürüşmə:

Şamaxıda yenə sürüşmə baş verib. Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda asfalt örtüyündə iri çatlar ,çökmələr əmələ gəlib. Yolda təhlükəli vəziyyət yaranıb.

Yolun bir hissəsi çöküb, bəzi yerlərdə isə iri çatlar əmələ gəlib.

Son günlər havaların yağıntılı keçməsi Şamaxıda Pirqulu-Dəmirçi yolunda çökmə və çatların yaranmasına səbəb olub.

Aslaft örtüyü ortadan bölünərək 2 hissəyə ayrılıb.3 kəndi birləşdirən Pirqulu-Dəmirçi yolu rayon mərkəzində 22 km uzaqlıqda yerləşir.

Sakinlərin sözlərinə görə, çatların həcmi hər gün artır. Turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolunda sürüşmənin qarşısı alınmasa yol tamamıylə yararsız hala düşə bilər.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən bildirildi ki,həmin ərazidə sürüşmə ilk dəfədir qeydə alınıb.

Anar Nəcəfli bildirib ki,mütəxəssislər əraziyə baxış keçiriblər.


Xəbər lenti

Çox oxunanlar