Xəzər Xəbər

Zaqatalada güclü leysan: Evləri su basdı, bir maşını sel apardı, elektrik enerjisi kəsildi - VİDEO

Veb TV | 20:55 • 15 Aprel 2018
Zaqatalada güclü leysan:

Zaqatalaya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib. Dəli çayında qısa müddətli sel yaranıb və çay məcrasından çıxıb. Rayonun Mazıx kəndində 200-dən artıq evin həyətyanı sahəsini su basıb. Avtmobili sel aparıb.

Çay məcrasından çıxıb, həyətyanı sahələrə su dolub.

Dünən Zaqatala rayonu ərazisində güclü leysan yağışları yağıb.İri və xırda dağ çaylarında suyun səviyyəsi qalxıb.

Dağlara yağan güclü leysan nəticəsində rayonun Mazıx kənd ərazisindən axan Dəli çayında sel yaranıb.Nəticədə çayın sağ və sol sahilində olan 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15 -ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşları tələf olub, kəndin yaxınlığındakı fındıq bağları sel suları altında qalıb. Çayın kənarında olan və Mazıx kənd sakininə məxsus maşını sel suları aparıb.

Rayonun Mamrux, Höytala, Yolayrıc və Maqov kəndlərində də bir sıra evlərin həyətyanı sahələrini yağış suları basıb, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib.

Leysan yağışları nəticəsində qəzalarla bağlı gecə saatlarında rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Zaqatal rayon Fövqaladə Hallar Komisiyasının əməkdaları gecə saatlarından başlayaraq ərazilərə baxış keçiriblər. sakinlərə və kəndlərə dəymiş ziyan hesablanır. Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən verilən məlumata görə rayon ərazisinə elekrik enerjisinin verilməsi bərpa edilib.

Xəbər lenti