Xəzər Xəbər

Yevlaxda və Goranboyda qəza - 2 ölü, 4 yaralı var - VİDEO

Veb TV | 20:04 • 14 Aprel 2018
Yevlaxda və Goranboyda qəza - 2 ölü, 4 yaralı var -

Yevlaxda iki avtomobil toqquşbu, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza gecə saatlarında Bakı-Qazax avtomagistralının Yevlax şəhər ərazisindən keçən hissəsində baş verib.

Orxan Əlverdiyevin sürücüsü olduğu avtomobil, Aydın Vəliyevin idarə etdiyi avtomobillə toqquşub. Hadisə zamanı 31 yaşlı Orxan Əlverdiyev, onun həmyaşıdı İlkin Yusibov və 25 yaşlı Emin Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Yaralılara ilkin yardım göstərlib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Orxan Əlverdiyevin həyatını xilas etmək mümkün olmayıb.

Goranboyda da minik maşını motoroller ilə toqquşub. Avtoqəza Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib.

Qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı motorollerdə olan 22 yaşlı Əfqan Əliyev və 28 yaşlı Lalə Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırlıblar. Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirir.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti