Xəzər Xəbər

Dünyanın ən kiçik dağı: 48 metr dərinlik, enerji... - VİDEO

Veb TV | 11:20 • 30 Mart 2018
Dünyanın ən kiçik dağı:

Dünyanın ən kiçik dağı Çinin Şouquanq şəhərində yerləşir.

Tszin adlı dağın ən hündür hissəsi 0,6 metr, eni isə 1,24 metrdir.

Bu dağların minimum 48 metri Yerin altındadır. Yerin üst hissəsində dağın ancaq təpə hissəsi görünür.

Bildirilir ki, qazıntı yolu ilə dağın ətəyinə çatmağa çalışılsa da, buna nail olunmayıb.

Yerli əhalinin danışdığı rəvayətə görə, Tszin hündür, gözəl dağ olub. Amma "ağılsız qadın" kiçik ehtiyacını bu dağın kənarında ödədiyi üçün dağ özünü təhqir edilmiş sayaraq Yerin dərinliklərinə gedib.

Yerli əhali bildirir ki, havalar mülayim keçəndə, yaşıllıq o qədər artır ki, dağ görünmür.

Sirli dağın ətrafında müsbət aura olduğu bildirilir./Teleqraf.com


Xəbər lenti