Xəzər Xəbər

Erməni arxeoloqların yalanları ifşa edildi - VİDEO

Veb TV | 20:28 • 27 Mart 2018
Erməni arxeoloqların yalanları ifşa edildi -

Son zamanlar bəzi ermənipərəst qüvvələr sosial şəbəkələrdə Azərbaycan arxeoloqlarının apardıqları tədqiqatlarla bağlı həqiqətdən uzaq fikirlər səsləndirirlər.

Xezerxeber.az-ın məlumatına görə, guya azərbaycanlı arxeoloqlar Qarabağ bölgəsində kifayət qədər araşdırma aparmayıb və ermənilər arxeloji qazıntılar sayəsində daha çox məlumatlar əldə ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin sözlərinə görə, azərbaycanlı arxeoloqlar həm sovet dövründə Qarabağda, həm də müstəqillikdən sonra Qarabağın bizdə qalan hissəsində geniş araşdırmalar aparırlar.

Tarixçi alimin sözlərinə görə, bu və bunun kimi tədqiqatlar ölkəmizlə yanaşı, Avropa və digər ölkələrdə nəşr olunan elmi məcmuələrdə çap edilir.

Haaqa konvensiyasına əsasən, işğal edilmiş ərazilərdə arxeoloji qazıntıların aparılması qadağan edilsə də, ermənilər bu qadağaya məhəl qoymur və azərbaycanlı arxeoloqların hələ ötən əsrdə əldə etdikləri tapıntıları öz adlarına çıxarmağa cəhd göstərirlər.

Məsələn, bədxahlar xəbər yayır ki, Şuşa ətrafında tunc dövrünə aid kurqanlar aşkar olunub. Halbuki, sovet dövründə alimlərimiz onlar haqqında əsərlər yazıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti