Xəzər Xəbər

"Azərsu" Babək prospektində işi nə vaxt yekunlaşdıracaq? - VİDEO

Veb TV | 19:06 • 23 Mart 2018
"Azərsu" Babək prospektində işi nə vaxt yekunlaşdıracaq? -

Paytaxtın Babək prospektində yolun yenidən qurulması çərçivəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti də yol boyu su xətlərini yeniləyir.

Xezerxeber.az-ın məlumatına görə, Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin hər iki hissəsi ilə isə 11 kilometr uzunluğunda paylayıcı xətlər çəkilir. Paylayıcı xətlərdən küçələrə çıxışlar veriləcək və bütün evlər və obyektlər yeni su şəbəkəsinə qoşulacaq. Eyni zamanda, su ehtiyatlarının optimal idarəedilməsi üçün 41 şərq anbarı ilə 82 şərq su anbarını əlaqələndirən 700 mm-lik yeni xəttin inşası da nəzərdə tutulur. Prospektdə aparılan yenidənqurma nəticəsində yolu bir neçə istiqamətdə kəsib keçən 3 köhnə xətt isə ləğv edilərək götürüləcək. İşlərin may ayında başa çatdırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti