Xəzər Xəbər

Ağstafada qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb - VİDEO

Veb TV | 19:03 • 23 Mart 2018
Ağstafada qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb -

Kənd sakinləri Ağstafanın Qarahəsənli kəndindəki təpədə yol açmaq məqsədilə qazıntı işləri apararkən qədim maddi-mədəniyyət nümunələrinə rast gəliblər.

Xezerxeber.az-ın məlumatına görə, qazıntı zamanı eyni ölçüdə 4 ədəd küp formasında qəbir və bu qəbirlərin içində həmin dövrlərdə istifadə olunan məişət və bəzək əşyaları, çini qabların qalıqları, eyni zamanda insanın kəllə sümükləri aşkarlanıb. Kənd sakinlərinin böyük marağına səbəb olan əşyaların əksəriyyəti ya sınıb, ya da eroziyaya uğrayıb.

Sakinlər deyir ki, əvvəllər də bu təpədə belə bir əşyaların olduğu haqda qiyabi təsəvvürə malik idilər. Ancaq sonuncu dəfə yol salmaq məqsədi ilə aparılan qazıntı işləri zamanı çıxan tapıntılar yüksəkliyin öyrənilməsinin zəruriliyini artırıb. Təpənin üzərində əvvəllər qədim tikilinin də olduğu deyilir.

Tapıntıların vacibliyini nəzərə alan kənd sakinləri qazıntı işlərini dayandıraraq ərazinin öyrənilməsi üçün müvafiq qurumlara müraciət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti