Xəzər Xəbər

Yüzlərlə insan çay qırağında: Çaydan su götürüb əl üzünü yuyan kim, suya niyyət edən kim - VİDEO

Veb TV | 20:50 • 21 Mart 2018
Yüzlərlə insan çay qırağında:

Novruza aid folkloru, adət ənənəsi ilə seçilən lənkəranlılar, ilaxır çərşənbəni səhərini özünəməxsus qaydada qeyd edirlər. Bu adətlərdən biri də çərşənbə günü axar su kənarına yığışaraq həm müəyyən təmizlik işləri aparmaq, həm də ruzi bərəkətli il üçün birlikdə dua etməkdir.

Yüzlərlə insan çay qırağında. Çaydan su götrüb əl üzünü yuyan kim, suya niyyət edən kim. Adəti üzrə hər il lənkəranlılar çərşənbə gününü Lənkəran çayının kənarında bu adəti yerinə yetirirlər.

Çay kənarında qohumlar, tanışlar, dostlar bir-birləri ilə hal-əhval tutur, bayramlarını təbrik edirlər. Sonra, birlikdə çaydan su götürüb əl - üzlərini yuyur, bu zaman suya niyyətlərini deyir, dərd qəmlərini isə, çay vasitəsilə axıb getməsini arzulayırlar. Həmçinin evlərdə olan köhnə paltarlardan da götürüb suya atırlar.

Yerli sakinlər su üstünə gəlmələrini müxtəlif cür izah edirlər. Suyun həyat olduğunu, susuz yaşamağın mümkün olmadığını və suyun pak olduğunu bildirən sakinlər adətə görə axar suyu bardağa doldurduqdan sonra evə kimi heç kimlə danışmırlar. Yalnız o sudan evə, ailə üzvlərinin üstünə səpəndən sonra niyyət edilir, xeyir dualar verilir.

Qeyd edək ki, illərin sınağından çıxmış bu adət ənənə gün boyu davam edir.


Xəbər lenti