Xəzər Xəbər

Ağdamda FACİƏ: 50 yaşlı kişi evdə yanaraq öldü - VİDEO

Veb TV | 20:50 • 20 Mart 2018
Ağdamda FACİƏ:

Ağdamda evdə yanğın baş verib, içəridə olan bir nəfər yanaraq kül olub. Hadisə rayonun Sarıçoban kəndində olub. Hazırda faktla bağlı araşdırma aparılır

Ağdamda fərdi yaşayış ev yanıb. Hadisə zamanı bir nəfər yanaraq ölüb.

Hadisə rayonun Sarıçoban kəndində qeydə alınıb. Elektrik naqillərindəki qısaqapanma səbəbindən baş verən yanğın qısa zamanda genişlənərək ətrafı bürüyüb.

Kənd sakini ƏvəzƏliyevinevində baş verən yanğın zamanı ailə üzvü, 1965-ci il təvəllüdlü Akif Əliyev yanaraq ölüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilsə də, alovu ram etmək mümkün olmayıb. Evin bütün otaqları içindəki əşyalar ilə birlikdə yanaraq kül olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti