Xəzər Xəbər

VİDEO: Tərtərdə hərbi sursat partlayıb, 8 yaşlı uşaq yaralanıb

Veb TV | 21:57 • 16 İyun 2016
VİDEO: Tərtərdə hərbi sursat partlayıb, 8 yaşlı uşaq yaralanıb

Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

"Xəzər Xəbər" məlumat verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb. Əslən Laçın rayonundan olan məcburi köçkün, 8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantıya od vurub. Bundan sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb.

Tullantıların içində hərbi sursat olduğu deyilir.

 E.Hüseynli üz nahiyyəsi və iki ayaqlarından yanıq xəsarətləri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ambulator müalicə aldıqdan sonra evə buraxılıb. Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir.

"Xəzər Xəbər" mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti