Xətai rayonu Məhəmməd Hadi küçəsi yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, küçə 6 hərəkət zolaqlı olmaqla uzunluğu 4.4 km təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək
prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv
nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində iki
metrostansiya (Əhmədli və H.Aslanov m.st.) və bir-neçə istiqamətdən
gələn yolların kəsişdiyi 1 böyük dairə (Ukrayna dairəsi) yerləşir. Bu
üzdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm nəqliyyat arteriyası
hesab olunur.
Küçə uzun illər istismar olunduğundan, yolun
hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ
gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt
boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar
nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıldı.
Təmir-tikinti
işləri çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və
müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq küçə boyu
köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı
kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara
çıxarılır,səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə
yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa
olunara işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommnikasiya
xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış
qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış
barmaqlıqları quraşdırılacaq.
Bundan
başqa küçə boyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər
bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür.
Ümumilikdə səkilərin kənarlarına 22 min paqon-metrdən artıq yeni səki
daşının düzülməsi nəzərdə tutulub.Həmçinin küçəni iki hərəkət
istiqamətinə ayırmaq üçün 1 metr enində ayrıcı zolaq inşa edilir.
Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz
hərəkətin təşkili üçün ayrıcı zolaqda yeni işıq dirəkləri quraşdırılır.
Tikinti
layhəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtük
döşənir. Asfaltlanma işləri 135 min kv.m sahəni əhatə edəcək. Həmçinin
avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara
giriş-çıxışını təmin etmək məqsədi ilə Məhəmməd Hadi küçəsi boyunca27
ədəd xüsusi "cib”li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol
nişanın quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi də
layihədə nəzərdə tutulan işlərdəndir.
Qeyd
edək ki, küçənin təqribən 1 km-lik hissəsində artıq təmir-tikinti
işləri tam olaraq yekunlaşdırılıb. Yenidənqurma işlərinin yaxın müddət
ərzində yekunlaşdırılması nəzərdə tutulub.