Xəzər Xəbər

"Aqrolizinq" 3 minə yaxın kənd təsərrüfatı texnikası alacaq - VİDEO

Veb TV | 19:09 • 24 Fevral 2018
"Aqrolizinq" 3 minə yaxın kənd təsərrüfatı texnikası alacaq -

Aqrar sahənin texniki təminatı gücləndirilir.

Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısının verdiyi sərəncamla "Aqrolizinq" Açıq Səhmdar cəmiyyətinə 160 milyon manat vəsait ayrılıb.

Cərmiyyətin şöbə müdiri İsrafil İsmayılovun sözlərinə görə, artıq lazımi texnikaların gətirilməsi üçün müqavilələr imzalanıb.

Gətiriləcək texnikalar əsasən taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq təyinatlıdır. Həm yerli, həm də xaricdə istehsal olunan texnikaların alınması gözlənilir. Texnikalar məhsul istehsalının demək olar ki, bütün mərhələlərində istifadə edilə biləcək.

Texnikalar mərhələli şəkildə gətiriləcək. Burda məqsəd odur ki, məhsul istehsalının bütün mərhələlərində texniki problem yaşanmasın.

Aqrar sahədə texnikadan istifadə, vaxt və işçi qüvvəsinə qənaət etməklə yanaşı, məhsulun itkiyə getməsinin də qarşısını alacaq. Ümumiyyətlə, son 4 ildə "Aqrolizinq" ASC-nin xətti ilə ölkəyə 40 mindən çox texnika gətirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti