Xəzər Xəbər

Polis oğruları yaxaladı - VİDEO

Veb TV | 19:10 • 24 Fevral 2018
Polis oğruları yaxaladı -

Bakıda yaxın qohumun evindən oğurluq edən şəxsin başqa cinayətləri də üzə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Binə qəsəbəsinin sakini olan qadın Xəzər Rayon 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 6-da evindən qızıl əşyalarının oğurlanmasını bildirib. Bölmə əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin yaxın qohumu- əvvəllər məhkum olunmuş Neftçala rayon sakini Bəxtiyar Zabitov tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.

Araşdırma zamanı Bəxtiyar Zabitovun digər cinayət əməllərinin də üstü açılıb. Onun ötən ilin noyabr ayından cari il fevralın 13-dək olan müddətdə həmin qəsəbədə 11 evdən pul, elektrik naqilləri, su mühərriki, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Beyləqan və Ağcabədi rayonlarından isə 27 baş qoyun oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini tutulub. Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan və Ağcabədi rayonları əraizisndə ayrı-ayrı təsərrufatlardan bir necə dəfə oğurluq edən Rahil Zülfiqarov tutulub. Məlum olub ki, həmin şəxs fermalardan birində çobanlıq edirmiş.

Rahil Zülfiqarov oğurluğu gecə saatlarında törətdiyini və həmin heyvanları dəyərindən ucuz qiymətə satdığını deyib.

Hər iki faktla bağlı oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar