Xəzər Xəbər

Təhsil kreditlərinə sahibkarlar da qoşulmalıdır - VİDEO

Veb TV | 20:46 • 21 Fevral 2018
Təhsil kreditlərinə sahibkarlar da qoşulmalıdır -

Tələbələrə təhsil kreditlərinin verilməsi prosesinə sahibkarlar da qoşulmalıdırlar.

Xezerxeber.az-ın məlumatına görə, bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili İsa Həbibbəyli səsləndirib. Onun fikrincə, sahibkarlar "Maarifçi" Tələbə Kredit Fonduna sərmayə qoymaqla həm də Azərbaycanda gənc nəslin inkişafına dəstək vermiş olurlar.

İsa Həbibbəyli deyir ki, bu, əslində iş adamları üçün maddi baxımdan sərfəlidir. Bu yolla onlar müəyyən məbləğdə qazanc əldə edə bilərlər.

İsa Həbibbəylinin sözlərinə görə, sahibkarlar bu işin əsl mahiyyətindən tam xəbərdar deyillər. Ona görə bu məsələnin sahibkarların diqqətinə çatdırılmasına ehtiyac var.

Millət vəkili bildirib ki, "Maarifçi" Tələbə Kredit Fondunun maliyyə imkanları genişlənsə, magistr və doktorantlara da təhsil kreditləri verilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti