Xəzər Xəbər

Dairə Seçki komissiyalarında treninqlərə start verilib - VİDEO

Veb TV | 20:33 • 19 Fevral 2018
Dairə Seçki komissiyalarında treninqlərə start verilib -

Mərkəzi Seçki Komissiyası Dairə Seçki komissiyalarında treninqlərə start verib.

Xezerxeber.az-ın məlumatına görə, məqsəd prezident seçkilərində seçki məntəqlərində prosesin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi və bunun üçün Seçki Məcəlləsində son dəyişikliklərin seçki məntəqəsi sədrlərinə çatdırılmasıdır.

Belə treninqlərdən biri də Sabunçu rayonu 26 saylı seçki dairəsində baş tutub.

Anoloji tədbir ölkənin ikinci ən böyük şəhəri Gəncə də keçirilib.

Dairə Seçki komissiyalarında treninqlər Sumqayıtda da həyata keçirilib.

Treninqlərin ilk günündə seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqat bildirişlərinin çatdırılması ilə bağlı yerli icra qurumları ilə səmərəli əlaqlərin qurulması barədə də müzakirələr aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti