Xəzər Xəbər

Mağzalardan oğurluq edən dəstə üzvləri yaxalandı - VİDEO

Veb TV | 20:38 • 9 Fevral 2018
Mağzalardan oğurluq edən dəstə üzvləri yaxalandı -

Bir neçə rayonda mağzalardan oğurluq edən dəstə üzvləri saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Qusar Rayon Polis Şöbəsinə Kuzunqışlaq kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Baxış zamanı əvvəllər məhkum olunan - Xaçmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzağa Cəlilovdan metal linglər, qara maska və əlcək aşkarlanıb. Onların digər cinayətlərinin də üstü açılıb. Həmin şəxslərin bu günə qədər 4 rayonda 13 mağazadan pul, danışıq kartları, müxtəlif növ tutun məmulatları və ərzaq məhsulları oğurladıqları müəyyənləşib.

Sabirabadda da mağaza oğruları tutulub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 yaşlı Nüsrət Həsənəliyev, 31 yaşlı Pirqulu Hüseynov və 21 yaşlı Əlisa Nərimanov Bakı şəhərində saxlanılıb.

Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti