Xəzər Xəbər

"Kaspi" Liseyində Beynəlxalq Olimpiada başlayır - VİDEO

Veb TV | 20:40 • 23 Yanvar 2018
"Kaspi" Liseyində Beynəlxalq Olimpiada başlayır -

"Kaspi" Liseyi daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Sabahdan liseyin Bakıxanov filialında "Dünya Alimlər Kuboku" Beynəlxalq Olimpiadası start götürəcək.

Xezerxeber.az-ın məlumatına görə, 10 ildən artıqdır ki, təşkil edilən "Dünya Alimlər Kuboku" Beynəlxalq Olimpiadasının növbəti raundu Bakıda təşkil ediləcək. 110 ölkədə keçirilən yarışın builki ev sahiblərindən biri də "Kaspi" Liseyidir. Olimpiadanın Bakıda keçirilməsi təklifini də məhz "Kaspi" Liseyi edib.

Sabahdan başlayaraq 2 gün davam edəcək olimpiadada 17 yaşadək olan yeniyetmələr biliklərini sınayacaqlar. Onlar müxtəlif istiqamətlər üzrə esse, debat və test üsulu ilə yarışacaqlar. Bakıda keçiriləcək yarışlarda Azərbyacan və Qafqaz regionundan 150-dən artıq şagirdin iştirakı gözlənilir. İştirakçılar arasında "Kaspi" Liseylərinin komandaları da var.

Bakı raundunun qaliblərinə kubok və medallar təqdim ediləcək. Həmçinin qaliblər yayda təşkil ediləcək Qlobal raundda iştirak edəcəklər. Qlobal raund isə İspaniya, Malayziya və Avstraliyada təşkil oluncaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti