Xəzər Xəbər

Həm zərb alətləri düzəldir, həm də ifa edir - VİDEO

Veb TV | 18:19 • 21 Yanvar 2018
Həm zərb alətləri düzəldir, həm də ifa edir -

Nağara-davul ifaçısı Zaur Qaracayev istifadə etdiyi zərb alətlərini özü düzəldir.

Xezerxeber.az-ın məlumatına görə, qazaxlı nağara-davul ifaçısı Zaur Qaracayev həm də bu alətlərin ustasıdır.

34 yaşlı sənətkar nağara və davulun müxtəlif növlərini hazırlayır. Ağac, dəri və başqa materiallardan ərsəyə gətirdiyi alətlər həm xarici görünüşü, həm də keyfiyyəti ilə diqqət çəkir. Düzəltdiyi zərb alətlərinə səsgücləndiriciləri də əlavə edib, onları şənliklər üçün hazır vəziyyətə gətirir.

Zaur Qaracayevin bu peşədə sələfi atası olub. Uşaq yaşlarından onunla bərabər toylara gedib, el şənliklərində davul vurub.

Sənətkar davulların bütün hissələrini özü düzəldir, hətta ağaclarına kimi. Düzəltdiyi nağara və davulların isə alıcıları az deyil. Ətraf rayonlardan, hətta Gürcüstandan da müştərisi olur.

Zaur sənətini daha təkmilləşdirmək və gənc nəslə də öyrətmək istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti