Xəzər Xəbər

Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? Rəsmi açıqlama - VİDEO

Veb TV | 20:54 • 18 Yanvar 2018
Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək?

Bəzi xəstəliklər var ki, onun qarşısını peyvənd yolu ilə öncədən almaq mümkündür. Ölkəmizdə də bu sahədə xeyli irəliləyişlər əldə edilib. Bəzi xəstəliklərə qarşı kütləvi peyvəndləmə öz müsbət nəticəsini verir. Yaxın zamanlarda isə suçiçəyinə qarşı kütləvi peyvəndləmənin aparılması nəzərdə tutulur. Bu yolla bu xəstəliyə yoluxanlarının sayının azaldılması planlaşdırılır.

Suçiçəyi xəstəliyinin öncədən qarşısını almaq üçün ölkəmizdə kütləvi peyvəndləmə işlərinə başlanılması nəzərdə tutulur.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, dünyanın bir çox ölkəsində suçiçəyinin qarşısını almaq üçün kütləvi peyvəndləmə aparılır. Ölkəmizdə də yaxın illərdə kütləvi peyvəndləmənin aparılması nəzərdə tutulur.

Afaq Əliyeva Azərbaycanda bu xəstəliyə yoluxanların sayında ciddi bir artımın olmadığını deyir. Onun sözlərinə görə, yoluxmanın artmasının əsas səbəblərindən biri kortəbii müalicədir. Xəstəliyə tutulan zaman həkimə müraciət edənlər qısa bir vaxtda sağalırlar.

Ölkəmizdə bir çox xəstəliklərə qarşı peyvəndləmə işləri aparılır ki, bu da son bir neçə ildə öz effektiv nəticəsini verir.

Xəbər lenti