Xəzər Xəbər

Tovuzda xurma bağı məhv edilib - VİDEO

Veb TV | 18:09 • 11 Yanvar 2018
Tovuzda xurma bağı məhv edilib -

Tovuz sakininin xurma bağı gecə saatlarında məhv edilib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Cəlilli kəndində yaşayan Novruzəli Fərzəliyevin 42 sot ərazidə saldığı meyvə bağı naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Bağda olan 300-dən çox xurma tinginin hamısı dibindən baltalanıb. 4 il əvvəl əkilən ağaclar bu il artıq bar verməli idi.

Təsərrüfat sahibi başına gələn hadisə ilə bağli polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti