Xəzər Xəbər

193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada - VİDEO

Veb TV | 20:37 • 8 Yanvar 2018
193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada -

Bakı 193 ölkənin şəhərləri arasında ilk sıralara yüksəlib.

Xezerxeber.az-ın məlumatına görə, ABŞ-ın məşhur "USA Today" informasiya agentliyində dərc olunan məqalədə 2018-ci ildə səyahət edilməli yerlər sırasında Azərbaycanın paytaxtı Bakı da qeyd olunub. Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ən gəzməli və təhükəsiz şəhərlər sırasında yer alıb.

27 yaşlı səyyah şəhərdə müasir arxitekrura və qədim binaların ahəngini xüsusi olaraq vurğulayır. "USA Today" kimi beynəlxalq bir saytın bakı haqqında yazması isə şəhərin turizm potensialı üçün çox vacibdir.

İlk səyahət olunmalı şəhərlər sırasında həmçinin, Şərqi Timorun paytaxtı Dili, Abu Dabi, Skopye, Beyrut, Argentinanın Mendoza, Əlcəzairin Konstantin şəhərləri də yer alıb. Bakı isə bir çox Avropa şəhərini qabaqlayaraq ilk sıralara yüksəlib. Bu isə şəhərin imicini yüksəltməklə yanaşı, turist axınına da təsir edəcək.

Qeyd edək ki, ötən il Bakı, eləcə də ölkəmizinin müxtəlif region və şəhərləri haqqında dəfələrlə xarici mediada reportajlar yayımlanıb. Şübhəsiz ki, ölkəyə gələn turistlərin sayının artmasında bu cür məqalələrin də rolu böyükdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti