Xəzər Xəbər

Əlillərin hüquqlarının müdafiəsi gücləndirilir - VİDEO

Veb TV | 20:49 • 11 Dekabr 2017
Əlillərin hüquqlarının müdafiəsi gücləndirilir -

Bu il 538 uşaq fiziki qüsurla doğulub.

Xezerxeber.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu ilin 9 ayında uşaqların 15 faizi dünyaya fiziki qüsurla gəlib.

Nazir, uşaqların fiziki qüsurla doğulmalarının səbəblərini də açıqlayıb.

Səlim Müslümovun sözlərinə görə, hazırda ölkədə əmək qabiliyyətli əlillərin təqribən 10 faizi işləyir. Bu rəqəmin artırılması üçün əmək bazarının əlillərə uyğunlaşdırılması vacibdir. Bunun üçün isə qanunvericilik təkmilləşdirilməlidir. Bu məqsədlə əlillərin hüquqlarının müdafiəsi haqqında yeni qanun layihəsi hazırlanıb.

Əlillərin əmək qabiliyyətinin bərpası istiqamətində reabilitasiya tədbirləri də davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti