Xəzər Xəbər

Prezident İlham Əliyev qəbullar keçirdi VİDEO

Veb TV | 20:50 • 5 Dekabr 2017
Prezident İlham Əliyev qəbullar keçirdi

Bu gün bakıda 23-cü Bakutel- 2017 sərgisi öz işinə başlayıb. Prezident İlham Əliyev sərgidə iştirak etmək üçün Azərbaycana gələn rəsmi şəxsləri o cümlədən bir sıra ölkələrin nümayəndə heyətlərini qəbul edib.

Prezidenti İlham Əliyev Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu qəbul edib. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd olunub. Rusiyalı qonaq iki ölkənin texnologiya sahəsində əməkdaşlıq proqramının genişlənməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin önəmini qeyd edərək, Rusiya Federasiyasının bu tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Söhbət zamanı Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı həm də Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı qəbul edib. Sərginin artıq 20 ildən çox keçirildiyini və hər dəfə də Türkiyədən olan şirkətlərin iştirak etməsindən məmnunluğunu bildirib. Nəqliyyat sahəsində əldə edilən uğurlara toxunan dövlətn başçısı iki ölkənin kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətinin önəmini vurğulayıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasimini xatırlayan prezident bildirdi ki, bu tədbir bir daha Azərbaycan və Türkiyənin başladığı bütün təşəbbüslərinin gözəl nəticələr verdiyini göstərir.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini də prezident İlham Əliyevin qəbulunda olub. Prezident İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və İranın nazir səviyyəsində təmsil olunmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.qonaq isə iki ölkə arasında arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı həm də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonu qəbul edib. dövlət başçısı sərgidə dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Houlin Çjaonun Bakutel-2017-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirib. qonaq isə öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd edib.

Xəbər lenti

Çox oxunanlar