Xəzər Xəbər

Türkiyədə təhsil almış ilk azərbaycanlı məzunlardan maraqlı yubiley tədbiri - VİDEO

Veb TV | 10:00 • 23 Noyabr 2017
Türkiyədə təhsil almış ilk azərbaycanlı məzunlardan maraqlı yubiley tədbiri -

25 il öncə Türkiyədə təhsil almış ilk azərbaycanlı tələbələr maraqlı bir layihə həyata keçirərək, "Təhsil üçün Oxu!” adlı video-sujet hazırlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, məzunlar Türkiyə türkcəsində "Bir başqadır mənim məmləkətim” və Azərbaycan türkcəsində "Azərbaycanım” adlı mahnını ifa ediblər.

Qeyd edək ki, məzunların əksəriyyəti hazırda ölkəmizdə dövlət qurumlarında, özəl sektorlarda çalışırlar. Həm rejissor, həm də iştirakçılar klipin davamının olmasında çox maraqlı görünür.

İfaçılar arasında siyasi elmlər doktoru Hatəm Cabbarlı, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl kimi tanınmışlar da yer alıb.

Xezerxeber.az "Xəzər Səhər"in hazırladığı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar