Xəzər Xəbər

“Qarabağ” tarixi oyuna çıxır VİDEO

Veb TV | 20:51 • 21 Noyabr 2017
“Qarabağ” tarixi oyuna çıxır

Sabah Bakı daha bir möhtəşəm oyuna şahidlik edəcək. Futbol azerkeşlərinin diqqəti Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ-Çelsi" oyununa yönlənib. 70 minə yaxın azerkeşin canlı izləyəcəyi oyuna bütün biletlər artıq satılıb. Oyun zamanı isə azarkeşlərə klubun sürprizi də olacaq. Bundan əlavə oyundan sonra azarkeşlərin daşinması üçün 400 avtobus da ayrılıb.

Artıq "Qarabağ -Çelsi" oyununa saatlar qalıb. Çempionlar liqasında ölkəmizi uğurla təmsil edən Qarabağın bu dəfəki oyununa da böyük maraq var.Oyuna hələ bir həftə qalmış stadionda olan bütün yerlər satılıb qurtardı.

Klub rəhbərliyi azarkeşlərin böyük marağını nəzərə alaraq onlar üçün xüsusi sürpriz də hazırlayıb. Hətta bunun üçün xaricdən xüsusi qrup da gətirilib.

"Çelsi" ilə oyuna dünyanın marağı isə digər oyunlardan da çoxdur. Aparıcı beynəlxalq media qurumlarının əksəriyyəti oyunu işıqlandırmaq üçün sabah Bakıya yığışacaq.

"Qarabağ"ın UEFA çempionlar liqasının qrup mərhələsində ev oyunlarının keçirdiyi Bakı Olimpiya Stadionunda da sabahkı oyun üçün hazırlıq işləri artıq yekunlaşıb.

Oyuna gəlmək istəyən azarkeşlər metro və avtobuslardan istifadə edərək stadiona gələ bilərlər. Şəxsi avtomiblləri ilə gələnlər üçün Bakı Olimpiya Stadionunda xüsusi dayanacaq da ayrılıb.Yalnız oyundan çıxan sərnişinlərin daşınması üçün isə Bakı Nəqliyyat Agentliyi ekspress avtobusları xəttə buraxacaq.

UEFA çempionlar liqasında "Qarabağ" sabah sonuncu ev oyununu keçirəcək. "Qarabağ"-ın növbəti mərhələyə keçməsi üçün isə sabahkı oyun önəmlidir.


Xəbər lenti

Çox oxunanlar