Xəzər Xəbər

Moskva Rəqqanın “azadlığını” Drezden qətliamı ilə eyniləşdirdi VİDEO

Veb TV | 13:26 • 23 Oktyabr 2017
Moskva Rəqqanın “azadlığını” Drezden qətliamı ilə eyniləşdirdi

Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov Rəqqanın azadlığını 1945-ci ildə Drezdeni bombardmanı ilə eyniləşdirib.

«Rəqqa 1945-ci ildə Yer üzündən silinən Drezdenin taleyini yaşayıb», - deyə o, bəyan edib.

Bu yolla o, bir sıra Qərb mətbuatının Rəqqada həyatın bərpası üçün milyonlarla dollar və avro ayırması xəbərini şərh edərkən bildirib.

Konaşenkov vurğulayıb ki, onlar buna qədər Suriyaya hər hansı bir humanitar yardımdan imtina edirdilər: «Barbarcasına bombardman nəticəsində İŞİD-dən «azad olunmuş» Rəqqanın dağıntıları altında minlərlə dinc sakin qalıb və belə gözlənilməz maliyyə yardımının əsas səbəbi də bu baş verənlərini izlərini silməkdir».

Qeyd edək ki, Drezdenin tarixi mərkəzi də 1945-ci ilin fevral ayında İngilis və Amerika aviasiyası tərəfindən tamamilə məhv edilmişdi. Azı 25 min insan həlak olmuşdu.

Xatırladaq ki, Rəqqaya hücum iyunun 6-da başlayıb və oktyabrın 20-də şəhərin azad olunduğu bildirib./faktxəbər


Xəbər lenti