Xəzər Xəbər

Neçə Melaniya Tramp var? İNANILMAZ İDDİA - VİDEO

Veb TV | 13:04 • 19 Oktyabr 2017
Neçə Melaniya Tramp var?

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp vücud dublyorundan istifadə edir.

Bu iddia uzun müddətdir sosial şəbəkə istifadəçiləri tərəfindən iraəli sürülür.

Aktrisa və yumor ustası Andreya Vaqner Bartonun feysbukdakı paylaşımı mövzu haqqındakı iddiaları daha da alovlandırıb. O, M.Trampın çıxış etdiyi zaman çəkilən fotolarını bir araya gətirib və "mənə elə gəlir, yoxsa bu gün çıxış edən saxta bir Melaniya idi?” başlığı ilə paylaşıb.

Paylaşım geniş əks-səda yaradıb və müzakirələrə səbəb olub.

Digər tərəfdən birinci xanımın vücud dublyorundan istifadə etdiyini iddia edənlər fevral ayında onun yanında görülən gizli xidmət agentinin saxta əl istifadə etməsini də xatırladıb və "niyə də olmasın” deyiblər./publika.az


Xəbər lenti

Çox oxunanlar