Xəzər Xəbər

Anadoluda 4 min illik türk məzarı tapıldı — Türklər Anadoluya nə vaxt gəliblər? - FOTO

Veb TV | 14:09 • 18 Oktyabr 2017
Anadoluda 4 min illik türk məzarı tapıldı

Türkün Anadoluya Malazgirt savaşı ilə girmədiyini sübut edən dəlillər üzə çıxmaqdadır.

Hakkaridə 4 min illik türk məzarı aşkar edilib. Bundan başqa Anadolunun müxtəlif yerlərində qayaüstü rəsmlər, damğalar, işarələr, qəbirlər də türkün ərazidə bir neçə min il əvvəl də yaşadığını sübut edir.

Van vilayətinin "Yüzüncü Yıl" universiteti arxeologiya fakultəsinin dekanı professor doktor Vəli Sevin də Anadolu qapılarının Malazgirt savaşı ilə açılmadığını, türklərin bir neçə min il əvvəl Anadoluda yaşadıqlarını bildirib.

Arxeoloji qazıntılar zamanı tapılan məzar daşları da bu faktı bir daha sübut edir. Afyon vilayətinin "Kocatepe" universitetinin professoru Əkrəm Məmiş də bir müddət əvvəl bu versiyanı dəstəkləmişdi.

Vəli Sevin isə bildirir ki, Yaxın Şərq, Ön Asiya, İran, Azərbaycan, Hatay və Hakkari bölgələrində türklərin min illər əvvəl yaşadığını sübut edən faktlar ortaya çıxır./olke.az

Xəbər lenti