Xəzər Xəbər

Tuba Büyüküstünün məşhur müğənni ilə 14 il əvvəlki görüntüləri üzə çıxdı - VİDEO

Veb TV | 11:19 • 18 Oktyabr 2017
Tuba Büyüküstünün məşhur müğənni ilə

Türkiyənin məşhur aktrisası Tuba Büyüküstünün 14 il əvvəlki görüntüləri üzə çıxıb.

Aktrisa 2003-cü ildə məşhur müğənni Kenan Doğulunun "Tanımamışsın" klipində çəkilib. Tuba həmin klipdə təxminən 2-3 saniyəlik kadrlarda görünüb. Karyerasına model kimi başlayan kino ulduzunun bu görüntüləri marağa səbəb olub.

Məlumat üçün bildirək ki, Tuba Büyüküstün Kənan Doğulunun həyat yoldaşı Beren Saatın ən güclü rəqiblərindən biri sayılır. İddialara görə, aktrisaların münasibətləri yaxşı deyil, onlar uzun illərdir küsülüdür. Buna səbəb isə Tubanın keçmiş sevgilisi Bülent İnalın ondan ayrıldıqdan sonra Beren Saatla sevgili olmasıdır. Tuba Büyüküstün Bülent İnalla "İhlamurlar altında" serialının çəkilişlərində tanış olub.

Tuba Büyüküstün hazırda iş adamı Umut Evirgenlə sevgilidir./publika.az


Xəbər lenti