Xəzər Xəbər

Saç düzümü xoşuna gəlmədiyi üçün bərbəri ŞİŞLƏDİ - VİDEO

Veb TV | 16:51 • 16 Oktyabr 2017
Saç düzümü xoşuna gəlmədiyi üçün bərbəri
Rusiyada saç düzümündən narazı olan müştəri bərbəri şişləyib. Qurban 24 yaşlı özbəkistan vətəndaşı Dastian Adexanov heç özünü müdafiə edə bilməyib.

Məlumata görə, cinayət baş verən günü bərbərxanaya bir kişi gələrək saçının kəsilməsini istəyib. Səhəri gün isə müştəri geri qayıdaraq saç düzümündən xoşu gəlmədiyini deyib. Dastan Adexanov onun saçında düzəliş etmək istəyib. Lakin müştəri onu sürükləyərək bərbərxanadan kənara çıxarıb və özü ilə gətirdiyi şişi üç dəfə onun ürəyinə soxub.

Hadisə ilə cinayət işi qaldırılıb./faktxəbər


Xəbər lenti