Xəzər Xəbər

Bakıda ər arvadını GÜLLƏLƏDİ VİDEO

Veb TV | 20:51 • 10 Oktyabr 2017
Bakıda ər arvadını GÜLLƏLƏDİ

Bakıda kişi həyat yoldaşını güllələyib. Hadisə Yasamal rayonu qanlı göl ətrafındakı həyət evlərindən birində baş verib.

40 yaşlı Həbib Bayramov həyat yoldaşı 37 yaşlı Səbinə Bayramovanı ehtiyatsızlıqdan ov tüfəngi ilə güllələyib. Həyat yoldaşının ağır xəsarət aldığını görən Həbib Bayramov onu şəxsi avtomobilinə mindirərək xəstəxanaya aparmaq istəyib.

Evdən bir qədər aralıda Həbib Bayramov idarəetməni itirib və maşın qəzaya uğrayıb. Bu zaman güllə yarası almış Səbinə Bayramova başından da xəsarət alıb və hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

İlkin ehtimala görə, qəza həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyən Həbib Bayramovun şok vəziyyətində olması səbəbindən baş verib. Qəzadan əvvəl qadının güllələnməsi faktına gəlincə prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparıb.

İstintaq üçün zəruri olan dəlillər götürülüb. Faktla bağlı cinayət işi başlanıb.


Xəbər lenti

Çox oxunanlar