Xəzər Xəbər

Kataloniyada keçirilən referendumdan sonra “Barselona” “Real” oyunu – VİDEO

Veb TV | 14:58 • 9 Oktyabr 2017
Kataloniyada keçirilən referendumdan sonra

Kataloniyada keçirilən "müstəqillik referendumu” İspaniya hökümətinin hiddətinə səbəb oldu. Polislə referendum tərəfdarları arasında yaşanan qarşıdurmada polisin aşırı güc tətbiqi bir mənalı qarşılanmadı. Hadisələrin gərginliyi idmana da sirayət etdi. "Barselona” son ev oyununu azarkeşsiz keçirməli oldu. Bütün dünya futbolsevərlərini maraqlandıran suallardan biri də, növbəti "El-Klasiko” oyununun hansı şərtlər altında keçirilməsidir.

"Barselona” sevərlər "El-Klasiko” oyunu haqda maraqlı video hazırlayıblar. Belə ki, "Barselona” və "Real” arasında baş tutan növbəti oyunda İspaniya polisi "Barselona”nın oyunçularına qarşı dəyənək və gözyaşardıcı vasitələrdən "istifadə edir":


faktxəbər

Xəbər lenti