Xəzər Xəbər

Mərdəkan çimərliyi tullantılardan təmizləndi - VİDEO

Veb TV | 19:30 • 23 Sentyabr 2017
Mərdəkan çimərliyi tullantılardan təmizləndi  -

Bu gün 500-ə yaxın könüllü çimərliklərin tullantılardan təmizlənməsi aksiyasında iştirak edib.

Xezerxeber.az-ın məlumatına görə, "Xəzəri qoruyaq" devizi altında keçirilən tədbir artıq 7-ci ildir ki, baş tutur. Gənclər müxtəlif çimərliklərdə təmizlik işləri aparırlar. Bu dəfə isə Mərdəkan çimərliyində tullantılar təmizlənib.

Xəzər Televiziyasının informasiya dəstəyi və ASAN könüllülərinin iştiraki ilə keçirilən aksiyada müxtəlif yaş təbəqələrindən olan gənclər iştirak edib. Onların əksəriyyəti tələbələrdir.

Gənclər tullantıları toplamaq üçün lazım olan vasitələrlə təmin edilib. Onlar dənizin sahilindən və ətraf ərazilərdən zibilləri toplayıblar. Könüllülər arasında hətta Amerikanin ölkəmizdəki səfiri Robert Sekuta da olub.

Aksiyanın digər tərəfdaşı "Coca Cola" şirkətinin nümayəndəsi Elşad Fərzəliyev deyir ki, əvvəlki illərdə keçirilən aksiyalardan fərqli olaraq bu dəfə tullantılardan təmizlənən çimərliyə 10 ədəd zibil qutusu qoyulub.

Keçirilən bu aksiyalar artıq öz müsbət nəticəsini verir və ildən-ilə demək olar ki, çimərlikdə tullantılar azalır.

Hər il çimərlik mövsümü başa çatandan sonra həyata keçirilən və "Xəzəri qoruyaq" devizi altında baş tutan layihənin müntəzəm keçirilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar