Xəzər Xəbər

Abşeronda yaşlı kişiyə qarşı quldurluq edənlər tutuldu - VİDEO

Veb TV | 19:06 • 23 Sentyabr 2017
Abşeronda yaşlı kişiyə qarşı quldurluq edənlər tutuldu -

Taksidə olan müştərilər digər müştəriyə qarşı quldurluq ediblər.

Xezerxeber.az-ın məlumatına görə, yaşlı kişini döyən iki dost daha sonra onun bahalı mobil telefon və pulunu götürüblər. Hadisə gecə saatlarında Abşeron rayon baş verib. İntiqam Əsədzadə rayon polis idarəsinə məlumat verib ki, toy məlisindən çıxıb evinə gedərkən taksidə olan iki nəfər onu Aşağı Güzdək qəsəbəsində avtomobildən düşürərək döyüb. Zərərçəkmiş həmçinin hadisə zamanı 700 manatlıq mobil telefonun və 300 manat pulunun da aparıldığını qeyd edib.

Dərhal əməliyyata başlayan polis quldurluqda şübhəli bilinən Bakı sakini Kamil Rüstəmzadə və Sabirabad sakini Miqdar Qarazadəni saxlayıb. Dindirilərkən adı çəkilən şəxslər gecə vaxtı cinayət törətmək məqsədi ilə metronun ''20-yanvar'' stansiyası yaxınlığına gəldiklərini deyiblər.

Ağır cinayət törədən dostlar daha sonra paytaxtın Nəsimi rayon metronun ''Əcəmi'' stansiyası yaxınlığına gələrək mobil telefonu orda satıblar. Quldurluq yolu ilə əldə olunan pulu isə bölüblər. Abşeron rayon polisi idarəsindən verilən məlumata görə, Kamil Rüstəmzadə və Miqdar Qarazadə paytaxtın müxtəlif rayonlarında həm quldurluq, həm də oğurluq cinayətləri də törədiblər. Elə bunu Kamil Rüstəmzadə özü də təsdiq edir.

Faktla bağlı onlar barəsində cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar