Xəzər Xəbər

Keyfiyyətli elektrik mallarını necə fərqləndirmək olar? VİDEO

Veb TV | 20:57 • 14 Sentyabr 2017
Keyfiyyətli elektrik mallarını necə fərqləndirmək olar?

Bazarlarda Çin istehsalı olan ucuz və keyfiyyətsiz cərəyan yuvası və elektirik açarları çoxalıb. Qiymətlər digərləri ilə müqayisədə 2-3 dəfə ucuz olduğundan alıcılar belə məhsullara daha çox üstünlük verir. Lakin qısa müddət sonra bu mallar ya əriyir, yada tez sıradan çıxır. Mütəxəssislər belə ucuz elektirik avadanlıqlarının təhlükəli olduğunu bildirir. Yəni bu problem hər bir evdə həm varlının, həmdə kasıbın mənzilində baş verə bilər.

Ya iki manata satılır yada üç..

Son zamanlar mağazalarda keyfiyyətsiz elektirik avadanlıqlarının sayı çoxalıb.Alıcılar bu malları ucuz olduğu üçün alsada sonradan peşman olurlar.

Vətəndaşlar aldıqları cərəyan yuvası və elektrik açarlarının tez-tez sıradan çıxmasından şikayətlənir.

Satıcılar da bu problemdən xəbərdardılar.Onlar ən çox təlabatın çin istehsalı olan məhsullara olduğunu etiraf eliyirlər.Lakin ucuz mal alarkən bəzi məqamlara diqqət etmək lazımdır.

Elektrik ustaları da baş verə biləcək hər hansı bədbaxt hadisələrin əsas səbəbinin keyfiyytsiz cihazlardan qaynaqlandığını deyir.Tez əriyən yada sıradan çıxan bu mallar, yanğına vəya digər xoşagəlməz hallara gətirib çıxara bilər.Ən maraqlısı da odur ki,həmin məhsullar alıcıya Rusiya və ya başqa ölkə istehsalı kimi təqdim edilir

Satıcılar deyir ki,istənilən halda seçim müştərinin öz əlindədir.Daha uzunömürlü və təhlükəsiz məhsulların qiyməti isə təxminən 10 manatdan başlayır.


Xəbər lenti